Ansi Aqolli "Qarabağ"dan yazdı
"Qarabağ" klubunun müdafiəçisi Ansi Aqolli Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə cavab oyunundan (1:1) sonra sevincini "İnstagram" sosial şəbəkəsindəki səhifəsində bölüşüb.

Albaniyalı futbolçu "Qarabağ" tarixinə gözəl bir şeylər yazdıqlarını bildirib.

Aqollinin səhifəsində bu sözlər yazılıb: "Bu gün "Qarabağ" tarixinə gözəl bir şeylər yazdıq. Hər zaman Qarabağ#Qarabağ#Ağdam#Azərbaycan".

Qeyd edək ki, təcrübəli futbolçu bu fikirlərini "facebook" sosial şəbəkəsindəki səhifəsində də paylaşıb.

Xəbər 1035 dəfə oxundu.