“Azərreyl”in kapitanı: Məğlub komanda günahı hakimlərdə axtarırlar
“Biz bilirdik ki, bu oyun çox çətin olacaq. Lakin inamlı çıxış edərək layiqli qələbə qazandıq”. Bunu “Azərreyl”in kapitanı Oksana Parxomenko deyib.
O, Çempionlar Liqasının qrup mərhələsinin III turunda Türkiyənin “Vakıfbank TTelekom” klubunu 3:0 hesabı ilə məğlub etdikləri və vaxtından əvvəl pley-offa yüksəlmələri üçün sevincini gizlətməyib. Parxomenko həmçinin istanbulluların hakimin tərəfkeşlik etməsi ilə bağlı ittihamlarına da münasibət bildirib: “Məğlub komanda nə etməlidir? Təbii ki, hakimləri günahkar çıxarmalıdır. Bunun üçün də rəqibimizin ədalət təmsilçiləri barədə dedikləri başa düşüləndir”.

Xəbər 908 dəfə oxundu.