Lui van Qalın bəyənmədiyi futbolçu "Valensiya" yolunda
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Sindzi Kaqava karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Yaponiyalı futbolçu "Valensiya"nın maraq dairəsinə düşüb.

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qalın komandasında görmək istəmədiyi futbolçunun da "yarasalar"ın təklifini müsbət qarşıladığı bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, 25 yaşlı futbolçu "Valensiya"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Kaqava 2012-ci ildə "Borussiya" (Dortmund) klubundan "Mançester Yunayted"ə transfer olunub.

Xəbər 941 dəfə oxundu.