Zorxana ustalarımız ikinci dəfə dünya kubokuna sahib oldular
Belarusun paytaxtı Minskdə dekabrın 7-12-nə kimi zorxana və pəhləvani güləş üzrə 3-cü dünya kuboku keçirilib. Yarışda baş məşqçi Xanlar Qurbanovun rəhbərliyi altında çıxış edən Azərbaycan idmançıları İran, İraq, Tacikistan, Belarusiya, Danimarka, Kenya, Rusiya, Ukrayna, Uganda, Mozambik, Amerika, Zimbabve və Gürcüstan zorxanaçıları ilə mübarizə aparıblar.
Təmsilçimiz Xəyyam Orucov mil bazi və mil səngin yarışında ikinci yeri tutub. Elvin Əkbərov isə çərxi çəməni hərəkətlərində eyni nəticəyə nail olub. Həsənalı Bayramov səng hərəkətlərində özündən irəli heç kəsi buraxmayıb və yarışların qalibi adını qazanıb. Kəbbadədə Məhəmməd Niyazov ikinci nəticə göstərib.
Pəhləvani güləşdə Məmmədi Salamov (70 kq), Vüsal Cavadov (80 kq) və Tural Əliyev fəxri kürsünün birinci pilləsinə qalxıblar. Vüqar Qurbanov (90 kq+) isə bürünc medal qazanıb.
Qrup hərəkətlərində və ümumkomanda hesabında zorxana ustalarımız birinci yeri tutublar.

Xəbər 2014 dəfə oxundu.