Təqvimdə dəyişiklik edilib
Bu il oktyabrın 18-də Bakıda dağ velosipedi (MTB) üzrə 2015-ci il ilk Avropa Oyunlarının test yarışının keçirilməsi ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim-planında bəzi dəyişikliklər edilib. Həmin dəyişiklikləri nəzərinizə çatdırırıq:

1. 12-13 sentyabr, 2014-cü ildə keçirilməli olan Açıq Bakı Kriterium yarışının 3-cü mərhələsi 10-11 oktyabr, 2014-cü ildə keçiriləcək (Velopark);

2. 27-28 sentyabr, 2014-cü ildə keçirilməli olan Azərbaycan Birinciliyi (1998-1999, 2000+) 22-23 oktyabr, 2014-cü ildə keçiriləcək (Velopark)

3. 8-12 oktyabr, 2014-cü ildə keçirilməli olan çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı 2-5 oktyabr, 2014-cü ildə keçiriləcək (Quba-Xaçmaz)

Xəbər 883 dəfə oxundu.