Azərbaycan Dayverləri ilk dəfə vətənlərində yüksək dağ dalmasını həyata keçiriblər
Federasiyasının dayvinq mərkəzi Dolphin Baku Şabran rayonunda yerləşən göllərin birində ilk öz rəsmi yüksək dağ dalmasını həyata keçirib.

Əsl macəra və eyni zamanda dözümlülük imtahanına çevrilən yürüşdə Dolphin Baku mərkəzinin tələbələri və instruktorları, AAF-nın və Dağ İdman Klubunun üzvləri və Moskvadan gələn qonaqlar iştirak ediblər. Hər iştirakçı özü ilə dalma üçün lazım olan təchizat və avadanlıqları apardığı üçün, çantalarının orta ağırlığı 20 kq-dan da çox idi.


Mənzərəli gölə çatan dayverlər qruplara ayrılıb işlərinə başladılar.

Suda görünmə dərəcəsi 1-2 m, suyun hərarəti isə 23-24 dərəcə təşkil edirdi. Bəzən hərarət kəskin şəkildə dəyişir, 10 dərəcə təşkil edirdi.

5,5 m dərinliliyində görünmə dərəcəsi 0,0 m təşkil etdiyi üçün, dayverlər gölü nisbətən az dərinlikdə (3-5 m) öyrənməyə qərara alıblar.

Göl olduqca maraqlı idi: dibində xeyli bitki, sularında isə çömçəquyruq, qurbağa və kiçik balıqlar üzürdü.

Hər bir dalma seansı 20 dəqiqə çəkirdi.

Gölü öyrənəndən sonra iştirakçılar meşədə ayaqseyrinə çıxıblar, ondan sonra isə artıq Bakıya doğru üz tutublar.

Beləliklə də, Dolphin Baku mərkəzinin iştirakçıları bir günlük idman yürüşü və ilk yüksək dağ dalmasını həyata keçiriblər.

Xəbər 2161 dəfə oxundu.