Futzal millimiz çətin sınaq qarşısında

Sabah futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək V qrupunun oyunlarına start veriləcək. Dekabrın 15-dən 18-dək davam edəcək yarışda Azərbaycan milli komandasının rəqibləri Ukrayna, Xorvatiya və Makedoniya yığmaları olacaq. Bakı İdman Sarayında keçiriləcək matçların hakimləri isə Stefan Kammerer (Almaniya), Karel Heniç (Çexiya), Gerd Bilois (Belçika) və Balazs Farkas (Macarıstan) olacaq. Dairəvi sistemlə mübarizə aparacaq komandalar pley-off mərhələsinə 2 vəsiqənin sahibini müəyyənləşdirəcək. Həmin mərhələdə öz qrupunun qalibi yox, 2-cisi ilə - yəni nisbətən asan komanda ilə qarşılaşmaq üçün yığmamız 1-ci olmağa çalışmalıdır.

15 dekabr
18:30. Ukrayna – Makedoniya
21:00. Azərbaycan – Xorvatiya

16 dekabr
18:30. Xorvatiya – Ukrayna
21:00. Azərbaycan – Makedoniya

18 dekabr
18:30. Makedoniya – Xorvatiya
21:00. Ukrayna – Azərbaycan

Xəbər 939 dəfə oxundu.