Neymar sağalan kimi də zədələndi
"Barselona"nın futbolçusu Neymar yenidən zədələnib.

Braziliyalı oyunçunun avqustun 20-i keçirilən məşqdə ayağının burxulduğu açıqlanıb. Onun nə zaman yaşıl meydanlara qayıdacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Braziliya millisinin şərəfini qoruyan Neymar DÇ-2014-ün 1/4 finalında Kolumbiya ilə matçda da zədələnmişdi. Onurğa sümüyü sınan gənc hücumçunun zədəsini yeni sağalmışdı.

Xəbər 785 dəfə oxundu.