Marko Nikoliç: "Bakıda da qələbə qazana bilərik"
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gələn "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç görüşlə bağlı fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında Bakıda da qələbə qazana biləcəklərini deyib:

"Meydanda iki güclü komanda gördük. Bu nəticə daha da irəli gedəcəyimizə dair bizə ümid verir. İlk 15 dəqiqədə iki kobud səhvə yol verdik və rəqib də bundan maksimum yararlandı. Görünür, futbolçularımın üzərində böyük təzyiq var idi. Matçın ilk 15 dəqiqəsindən sonra üstünlük tamamilə bizim tərəfimizə keçdi. Burada qələbə qazanmalı idik ki, bunu bacardıq. Bakıda da qalib gəlməklə qrup mərhələsinə vəsiqə qazana bilərik".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 28-də, Bakıda keçiriləcək.

Xəbər 888 dəfə oxundu.