Bakılı qrossmeyster PŞA-nın prezidenti oldu

Bakının SOCAR şahmat klubunun üzvü Emil Sutovski Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) prezidenti seçilib. Paytaxtımızda doğulan, lakin İsraildə yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən qrossmeysterin namizədliyi PŞA-nın şurasının iclasında irəli sürülüb və təsdiqlənib.
Qeyd edək ki, Bakı şahmat məktəbinin yetiməsi oktyabrda Sloveniyanın Roqaska Slatina şəhərində baş tutan klublararası Avropa çempionatında SOCAR-la gümüş medal qazanıb.

Xəbər 1103 dəfə oxundu.