Qvardiola: "Əsas hədəfimiz Almaniya Bundesliqasıdır"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola komandasının yeni mövsümdəki hədəfini açıqlayıb.

"Goal.com"a danışan ispaniyalı mütəxəssis əsas məqsədlərinin Bundesliqanın qızıl medallarına sahib çıxmaq olduğunu bildirib:

"Əsas hədəfimiz Almaniya Bundesliqasını qazanmaqdır. Bu, bizim üçün ən dəyərli tituldur. Çempion olmaq üçün hər gün çalışacağıq. Hazırda komandam istənilən formada deyil. Ancaq çıxış yolu tapmalıyıq. Qarşıdakı iki ay bizim üçün asan olmayacaq. Mənim oyun sistemimə uyğun yarımmüdafiəçilər lazımdır. Lakin təəssüf ki, belə futbolçular komandada azdır. Bu səbəbdən başqa taktika seçməliyəm".

Xəbər 811 dəfə oxundu.