Nildo "İnter"də
"Xəzər Lənkəran”dan ayrılan braziliyalı hücumçu Franko Nildo Azərbaycanın bir başqa klubuna keçir. Hücumçu karyerasını "İnter”də davam etdirməyə yaxındır. Baş məşqçi Kaxaber Sxadadze yay toplanışının əvvəlində Nildo ilə maraqlanmışdı. Lakin "Xəzər Lənkəran” paytaxt təmsilçisindən transfer qarşılığında yüksək məbləğ istəmişdi. Odur ki, danışıqlar müsbət yekunlaşmamışdı və Nildo "Xəzər Lənkəran”da qalmışdı. Amma indi Nildonun "İnter”ə keçidində problem yoxdur. Kaxaber Sxadadze də onunla bağlı fikrini dəyişməyib. Odur ki, oyunçu yaxın günlərdə bank klubu ilə sözləşmə imzalayacaq.

Xəbər 1103 dəfə oxundu.