Balotelli: "Bu gün "Milan"da son günümdür" | |
"Milan" klubunun hücumçusu Mario Balotelli yenidən karyerasını İngiltərə Premyer Liqada davam etdirəcək. Qsna əsilli futbolçu "Liverpul"un təklifini müsbət qarşılayıb. "Bu gün "Milan"ın bazasında son günümdür" - deyə Balotelli bildirib. Bu transferin "Liverpul"a 22 milyon avroya başa gəldiyi iddia olunur. Qeyd edək ki, Balotelli ötən mövsüm keçirdiyi 30 oyunda 14 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, 24 yaşlı futbolçu 2010-2013-cü illərdə "Mançester Siti"nin şərəfini qoruyub. |
|
Xəbər 803 dəfə oxundu. |
|
|