Ronaldo "Atletiko"ya qarşı oynayacaqmı?
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo İspaniya superkubokunun cavab matçı çərçivəsində keçiriləcək Madrid "Atletiko"su ilə oyunu buraxa bilər.

"Atletiko" ilə ilk görüşdə (1:1) əzələsini dartan portuqaliyalı futbolçunun durumunun ciddi olduğu bildirilir.

Komandanın son məşqində iştirak etməyən Ronaldonun cavab matçında oynayıb-oynamayacağına keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Atletiko" - "Real" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 01:30-da başlayacaq.

Xəbər 829 dəfə oxundu.