Fərqlənən idmançılar mükafatlandırıldılar
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Turkiyənin Ərzurum şəhərində 11-ci “Palandokən” beynəlxalq turnirindən yüksək nəticə ilə dönən idmançıları mükafatlandırıb. Federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə 25 olkədən 120 klub da daxil olmaqla 2100-dən artıq idmançının iştirakı ilə yarışda 2-ci yeri tutan karateçilərimizi təbrik edib.

Yeniyetmələr arasında yarışın qaliblərindən Murad Hacızadəyə (+70 kq), həmçinin Ermənistan milli komandasını böyük hesabla məğlub edən böyüklərdən ibarət secmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərova bas sponsor Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi “Əzmkar döyüsçü” mukafatı və qiymətli hədiyyələr təqdim edilib.

Yığıncaqda həmcinin 11-ci “Palandokən” beynəlxalq turnirindən 4 qızıl, 1 gümüs, 5 bürünc və komanda yarışlarında bürünc mükafata sahib olan yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın uğuru yüksək qiymətləndirilib.

Xəbər 1481 dəfə oxundu.