"Neftçi" Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Partizan”la qarşılaşacaq “Neftçi” klubunun üzvləri ötən gün Belqradın “Taş meydanı” adlanan ərazisindəki parkda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Klub rəsmiləri, məşqçilər, futbolçular və onlarla birlikdə olan Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, “Partizan” - “Neftçi” oyunu Bakı vaxtı ilə sabah saat 23:15-də başlanacaq.

Xəbər 791 dəfə oxundu.