Dodoma sərt cəza
AFFA İntizam Komitəsi "Qəbələ"nin əvəzedici heyətinin futbolçusu Luis Paulo Holario - Dodoya sərt cəza tətbiq edib.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, əvəzedici heyətlərinin ikinci turunda "Araz Naxçıvan"la oyunun 90+1-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandılıb, klub isə 1000 manat cərimə olunub.

Xatırladaq ki, Dodo bundan əvvəl “Qəbələ” intizamsızlıq etdiyi üçün əsas komandadan əvəzedici heyətə göndərilib.

Xəbər 879 dəfə oxundu.