"Fənərbaxça" Kristian Baroni ilə yolları ayırdı
"Fənərbaxça" futbolçusu Kristian Baroni ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.

İstanbul klubunun prezidenti Əziz Yıldırımın braziliyalı oyunçu ilə görüşdə K.Baroni ilə yolların ayrılmasına qərar verilib.

Artıq 31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin ləğv edilməsinin Türkiyə Futbol Federiyasına bildirildiyi qeyd olunub.

Xatırladaq ki, K.Baroni 2009-ci ildən "Fənərbaxça"da çıxış edirdi

Xəbər 889 dəfə oxundu.