Luis Suares "Barselona"da ilk matçına çıxdı
Luis Suares "Barselona"da ilk matçına çıxıb.

Uruqvaylı hücumçu dünən keçirilən "Leon"la yoldaşlıq görüşündə iştirak edib. O, qarşılaşmanın 75-ci dəqiqəsində Rafinyanı əvəzləyib.

Qeyde edək ki, "Barselona" - "Leon" matçı birincilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Beynəlxalq İdman Arbitraj məhkəməsi Suaresin məşqlərdə və yoldaşlıq oyunlarında meydana çıxmasına icazə verib.

Xəbər 857 dəfə oxundu.