Kosta "Çelsi"də ilk rəsmi oyununda qol vurdu
Dieqo Kosta "Çelsi"də ilk rəsmi matçına çıxıb.

O, İngiltərə Premyer Liqasının ilk turunda "Börnli" ilə oyunda iştirak edib. D.Kosta debüt görüşündə qol vurmağı da bacarıb. 25 yaşlı hücumçu qarşılaşmanın 17-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, D.Kosta bu ilin iyulunda "Çelsi" ilə beş illik müqavilə imzalayıb.

Xəbər 900 dəfə oxundu.