"Monako" "Zenit"in hücumçusunu istəyir
"Zenit" klubunun hücumçusu Halk karyerasını Fransa Liqasında davam etdirə bilər.

Braziliyalı futbolçu ilə "Monako" klubu yaxından maraqlanır.

Fransa təmsilçisi Halkı yayda "Real" (Madrid) klubuna transfer olunan Xamers Rodriqesin əvəzləyicisi kimi görür. "Monako"nun rəhbərliyi yaxın günlərdə "Zenit" klubu ilə danışıqlara start verəcək. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə Halk yeni mövsümdən Fransa Liqasında çıxış edəcək. 28 yaşlı futbolçunun da "Monako"nun təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2012-ci ildən "Zenit"in şərəfini qoruyan Halk keçirdiyi 45 oyunda 28 dəfə rəqib qapısına yol tapıb.

Xəbər 824 dəfə oxundu.