Yığmamızın məşqi ləğv olundu
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının məşq cədvəlində dəyişiklik edilib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millinin bu gün saat 10:15-də keçirilməli olan məşqi ləğv olunub.

Xatırladaq ki, bu gün saat 17:30-da Azərbaycan milli komandasının mətbuat konfransı, saat 18:15-də isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşqi keçiriləcək.

Xəbər 862 dəfə oxundu.