"Arsenal" artıq İstanbuldadır
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Beşiktaş"ın qonağı olan "Arsenal" klubu artıq İstanbuldadır.

İngilis klubunu gətirən təyyarə ötən gün axşam saatlarında Atatürk hava limanında yerə enib.

London təmsilçisi onlar üçün ayrılmış avtobusa əyləşərək hava limanını tərk ediblər.

Qeyd edək ki, "Beşiktaş" - "Arsenal" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 832 dəfə oxundu.