"Bakı”da 8-ci legioner məşqçi
Azərbaycan Premyer Liqasının II turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ilk oyununu keçirən “Bakı”nı “Neftçi” ilə matça türkiyəli İbrahim Uzunca çıxarıb. Ötən tur “Qəbələ” ilə debüt edən Dorinel Muntyanudan sonra bakılıların çalışdırıcısı Premyer Liqa tarixinə 50-ci əcnəbi mütəxəssis kimi düşüb. Bu “50-lik”dən bəziləri baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.

İ.Uzunca paytaxtın eyniadlı təmsilçisinin tarixində 8-ci legioner baş məşqçi olub. Onadək makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Qorxmaz, Cüneyt Biçər, latviyalı Aleksandr Starkov, serbiyalılar Bojidar Bandoviç və Milinko Pantiç, almaniyalı Vinfred Şafer “Bakı”da çalışıb.

Xəbər 907 dəfə oxundu.