"Barselona" Kuadradonun transferindən imtina etdi
"Barselona" klubu "Fiorentina"nın yarımmüdafiəçisi Xuan Kuadradonun transferindən imtina edib.

Kataloniya təmsilçisi artıq kolumbiyalı futbolçuya təklif göndərməyəcəklərini açıqlayıb.

Daha öncə Kuadrado üçün 40 milyon avro təklif edən "Barselona"nın onun transferindən imtina etməsinin səbəbi məlum deyil.

Qeyd edək ki, ötən mövsüm İtaliya A seriyasında 32 oyun keçirən təcrübəli futbolçu 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 847 dəfə oxundu.