Sevilya Ever Baneqanı transfer etdi
Sevilya heyətini gücləndirib. Andalusiya komandası Valensiyanın yarımmüdafiəçisi Ever Baneqanı transfer edib. Keçidin dəyəri 2,5 milyon avrodur.

25 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə müqavilə imzalayıb. Baneqa Sevilyanın bu yay 8-ci yeni futbolçusudur. Ondan əlavə Aspas , Krıjovyak ,Aleks Vidal , Arribas,Barboza, Denis Suares və Jerard Deulofeu da Unay Emerinin komandasında çıxış edəcək.

Xəbər 974 dəfə oxundu.