"Mourinyo "Arsenal"a transferimə icazə vermədi"
"Beşiktaş" klubunun yeni transferi Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Arsenal"la oyunöncəsi maraqlı fikirlər səsləndirib.

"Daily Mail"ə danışan təcrübəli futbolçu daha öncə sabiq baş məşqçisi Joze Mourinyonun onu "Arsenal"a transfer olunmasına icazə vermədiyini bildirib:

"Mourinyo çempionluq yolunda ən böyük rəqiblərindən biri olan "Arsenal"a qollar vura biləcək futbolçu satmaq istəmədi. Bunu mənə özü də etiraf etdi. Nəticədə "Arsenal"a transferim baş tutmadı. İndi isə "Arsenal"a qarşı oynayacam. Ancaq bu komandaya transfer olmadığım üçün heç də peşman deyiləm".

"Arsenal"ı cütün favoriti adlandıran seneqallı futbolçu qrup mərhələsinə düşmək şanslarının böyük olduğunu vurğulayıb: "Təbii ki, "Arsenal" cütün əsas favoritidir. Ancaq biz qrup mərhələsində oynamaq və Çempionlar Liqasında yolumuza davam etmək istəyirik. Gənc və sürətli öyrənən bir komandayıq. Qrup mərhələsinə düşmək şansımız böyükdür".

Qeyd edək ki, "Beşiktaş" - "Arsenal" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Xəbər 914 dəfə oxundu.