Almaniya və Argentina milliləri yenidən qarşılaşacaq
DÇ-2014-ün finalçıları Almaniya və Argentina milliləri yenidən qarşılaşacaq.

Bu komandalar Düsseldorfda keçiriləcək hazırlıq matçında görüşəcəklər. Oyun sentyabrın 3-ü yerli vaxtla saat 20:45-də başlayacaq. Argentinanın DÇ-2014-dəki heyəti ilə Almaniyaya gedəcəyi bildirilib.

Qeyd edək ki, Almaniya millisi DÇ-2014-ün finalında Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya kubokunun sahibi olub.

Xəbər 894 dəfə oxundu.