Binəqədidə “Nərd”, “Şahmat”, “Dama” üzrə rayon birincilikləri keçirilib
“Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən start verilmiş “Təmiz Binəqədi” layihəsi çərçivəsində rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon sakinləri arasında “Nərd”, “Şahmat”, “Dama” üzrə rayon birincilikləri keçirilib.

Avqustun 12-də R.Aboyev adına mədəniyyət və istirahət parkında keçirilən birinciliyin nəticələrinə görə “Nərd” üzrə Əli İsmayılov birinci yerə, Adil Heydərov ikinciyə, Şirbala Quliyev üçüncüyə; “Şahmat” üzrə Mahmudzadə Kətanov birinci yerə, Qəzənfər Məmmədov ikinciyə, Zabit Cəbrayılov üçüncüyə, “Dama” üzrə Teyyub Həsənov birinci yerə, Qasım Ələkbərov ikinciyə, Əkbər Mehdiyev üçüncü yerə görülüblər.

13 avqust 2014-cü il tarixdə Azadlıq prospekti 180/20, 8-ci mikrorayon ərazisindəki mədəniyyət və istirahət parkında keçirilən birinciliyin nəticələrinə görə isə “Nərd” üzrə Maqsud Həbibov birinci yerə, Məhərrəm Əliyev ikinciyə, Həsən Həsənov üçüncüyə; “Şahmat” üzrə Mahmudzadə Kətənov birinci yerə, Qurban Hüseynov ikinciyə, Rizvan Talıbov üçüncüyə; “Dama” üzrə Dadaş Dadaşov birinciyə, Misir Sevqanov ikinciyə, Xanmirzə Ağayev üçüncüyə layiq görülüblər.

Sonda qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 2106 dəfə oxundu.