"Arsenal"dan "Şaxtyor"a 40 milyon funt-sterlinq
"Şaxtyor" klubunun yarımmüdafiəçisi Duqlas Kosta üç komandanın transfer hədəfinə düşüb.

23 yaşlı futbolçu ilə "Arsenal", "Milan" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.

"Arsenal" klubu artıq futbolçunun keçidi üçün Donetsk təmsilçisinə rəsmi təklif göndərib. London klubu bu transfer üçün 40 milyon funt-sterlinqindən keçməyə hazırdır. "Şaxtyor" klubu hələlik bu təklifə münasibət bildirməkdə tələsmir.

Qeyd edək ki, Duqlas Kosta "Şaxtyor"un heyətində keçirdiyi 121 oyunda 25 qola imza atıb.

Xəbər 870 dəfə oxundu.