Tomas Müllerdən 100-cü qol
Almaniya kubokunun 1/32 finalı çərçivəsində "Preussen Munster" klubu ilə oyun "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller üçün əlamətdar olub.

Matçın 29-cu dəqiqəsində fərqlənən almaniyalı futbolçu Münhen klubunda vurduğu qolların sayını 100-ə çatdırıb.

Qeyd edək ki, rəqibini 4:1 hesabı ilə məğlub edən "Bavariya" kubokun 1/16 finalına yüksəlib.

Xəbər 826 dəfə oxundu.