Yaya Ture: "Titulu qorumaq çətin olacaq"
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture komandasının yeni mövsümdəki şanslarını dəyərləndirib.

"Sky Sports"a danışan təcrübəli futbolçu çempionluq titulunu qorumağın çətin olacağını bildirib:

"Bilirik ki, Premyer Liqada mübarizə çox çətin olacaq. Çempionluq titulumuzu qorumalıyıq. Amma bu elə də asan görünmür. Bizi "Çelsi", "Arsenal" və "Mançester Yunayted"lə gərgin mübarizə gözləyir. Ümid edirəm ki, yeni mövsüm titulsuz qalmayacağıq. Premyer Liqa ilə yanaşı, Çempionlar Liqasında da uğur qazanmalıyıq. Ən azı ÇL-in 1/4 finalına qədər irəliləyə bilərik".

Xəbər 866 dəfə oxundu.