Türkiyədə oynayan 3 futbolçumuz milliyə çağırıldı
Türkiyə birinci divizion təmsilçisi "Qaziantep BB"nin üç futbolçusu - Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev Azərbaycan millisinə çağırılıb.Bu barədə Türkiyə klubunun saytı məlumat yayıb. Hər üç futbolçunun avqustun 20-i keçiriləcək Özbəkistanla yoldaşlıq oyununa dəvət olunduğu bildirilib.
Qeyd edək ki, Özbəkistanla oyun üçün Azərbaycan millisinin heyəti hələlik açıqlanmayıb.

Xəbər 1102 dəfə oxundu.