Robben: "Yeni mövsümə hazır deyiləm"
"Bavariya"nın futbolçusu Aryen Robben "Borussiya" (Dortmund) klubu ilə superkubok matçında oynamamasının səbəbini açıqlayıb.

Klubun rəsmi saytına danışan hollandiyalı futbolçu yeni mövsümə tam hazır olmadığını bildirib:

"Yeni mövsümə tam hazır deyiləm. Daha çox çalışmalı və əvvəlki formamı bərpa etməliyəm. Əlbəttə ki, yeni mövsümdə də yüksək səviyyəli oyun nümayiş etdirmək istəyirəm. Bunun üçün bir qədər zamana ehtiyacım olacaq".

Xəbər 862 dəfə oxundu.