İngiltərə Premyer Liqasında yeni mövsümə start verilir
Sabah İngiltərə Premyer Liqasında 2014/2015 mövsümünə start veriləcək.

Turun ilk günündə 7 qarşılaşma baş tutacaq.

Mövsümün açılış matçında "Mançester Yunayted" və "Suonsi Siti" komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.

İlk turun digər iki oyunu bazar günü keçiriləcək. Tura bazar ertəsi keçiriləcək "Börnli" - "Çelsi" matçı ilə yekun vurulacaq.

Xəbər 899 dəfə oxundu.