Foqts Türkiyə klubunun üç futbolçusunu millimizə çağırdı | |
Türkiyə birinci divizion təmsilçisi "Qaziantep BB"nin üç futbolçusu - Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev Azərbaycan millisinə çağırılıb. Bu barədə Türkiyə klubunun saytı məlumat yayıb. Hər üç futbolçunun avqustun 20-i keçiriləcək Özbəkistanla yoldaşlıq oyununa dəvət olunduğu bildirilib. Futbolçuların milliyə çağırılması klub rəhbərliyi və məşqçi heyəti tərəfindən sevinclə qarşılanıb. Qeyd edək ki, Özbəkistanla oyun üçün Azərbaycan millisinin heyəti hələlik açıqlanmayıb. |
|
Xəbər 824 dəfə oxundu. |
|
|