Lavezzi PSJ-ni "Yuventus"a dəyişir
PSJ klubunun hücumçusu Esekiel Lavezzi yenidən karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Argentinalı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb.

Paris təmsilçisi ilə müqavilə yeniləməyən 29 yaşlı futbolçunun komandadan ayrılmaq istədiyi bildirilir. Artıq "Yuventus" futbolçu ilə danışıqlara start verib. Tərəflər arasında razılıq əldə olunarsa, Lavezzi yeni mövsümdən "Yuventus"un şərəfini qoruyacaq.

Qeyd edək ki, Argentina millisinin üzvü 2012-ci ildə "Napoli"dən PSJ-yə transfer olunub.

Xəbər 814 dəfə oxundu.