"Qəbələ" hazırlıqlarını davam etdirir
Azərbaycan Premyer Liqasının ikinci turunda "Araz Naxçıvan"la üz-üzə gələcək "Qəbələ" matçın hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən günü bir məşqlə yekunlaşdıran komanda məşq boyunca toplu və topsuz çalışmalar yerinə yetirib. Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda tam heyətlə iştirak edib. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Xatırladaq ki, "Qəbələ" - "Araz Naxçıvan" oyunu bazar günü - avqustun 17-də keçiriləcək. Saat 20:00-da start götürəcək qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 1004 dəfə oxundu.