"Bavariya"nın futbolçusu zədələndi
"Bavariya"nın futbolçuau Xavi Martinez zədələnib.

İspan oyunçu Almaniya Superkubokunda "Borussiya" ilə matçın 31-ci dəqiqəsində rəqibin futbolçusu Marsel Şmelçerlə toqquşma nəticəsində yerə yıxılıb. Ayağından ciddi zədə alan oyunçu xərəklə meydanın kənarına çıxarılıb.

Qeyd edək ki, "Borussiya" - "Bavariya" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 875 dəfə oxundu.