Reynaldo La Liqa klubunun hədəfində
"Qarabağ" klubunun futbolçusu Reynaldo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Braziliyalı futbolçu "Levante"nin maraq dairəsinə düşüb.

Ötən mövsümü 10-cu pillədə başa vuran La Liqa təmsilçisi hücum xəttini Reynaldo ilə gücləndirməyi planlaşdırır. Lakin 25 yaşlı futbolçu ilə Avstriyanın "Zalsburq", Almaniyanın "Ayntraxt" və "Hoffenhaym" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Reynaldo ötən mövsüm 31 rəsmi oyunda 22 qola imza atıb.

Xəbər 975 dəfə oxundu.