Samux gənclərinin birinci yaradıcılıq festivalı keçirilib
11 Avqust 2014-cü il tarixdə Samux rayon Heydər Əliyev adına istirahət parkında 12 avqust Beynəlxalq Gənclər günü münasibəti ilə “samux gənclərinin birinci yaradıcılıq festivalı” keçirilib. Festival çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli keçiilməsi məqsədi ilə bilyard, stolüstü tennis, kikboksinq, sərbəst güləş, şahmat idman növləri üzrə rayon gəncləri arasında birinciliklər keçirilib.

Keçirilmiş birincilikdə həvaskar gənclər öz bacarıqlarını nümayiş etdiriblər.

Sonda qaliblər idarə tərəfindən mükafatlandırılıblar.

Xəbər 1205 dəfə oxundu.