Millimiz FİFA reytinqində mövqeyini qorudu | |
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Berti Foqtsun komandası 413 xalla 73-cü pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. "Skuadro Adzuro" 1069 xalla 14-cü sıradakı mövqeyini qoruyub. Digər rəqiblərimizdən Xorvatiya bir pillə irəliyərək 16-cı olub. Norveç (0) 53-cü, Bolqarıstan (0) 72-ci və Malta isə (0) 150-ci pillədə qərarlaşıb. Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Hollandiya isə üçüncü olub. |
|
Xəbər 842 dəfə oxundu. |
|
|