Azərbaycan bankı "Qalatasaray"ın forma sponsoru ola bilər
Azərbaycanda fəaliyyət göstərən banklardan biri olan "Amrahbank"ın "Qalatasaray"ın forma sponsoru ola biləyəci iddia edilib.

Türkiyənin "Fotospor" saytı yazıb ki, "Amrahbank"la maydan indiyə kimi davam edən danışıqlar nəticəsində 80 faiz razılıq əldə olunub. Tərəflər arasında danışıqların son mərhələdə olduğu qeyd olunub.

Tərəflər məbləğdə razılığa gəlsələr də, danışıqlar zamanı bəzi problemlər həll olunmayıb. Digər tərəfdən, "Amrahbank"ın "Qalatasaray"la anlaşmaya əsasən, Azərbaycandakı "Cim-Bom" azarkeşləri üçün kredit kartı buraxdığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl SOCAR-ın "Qalatasaray"ın forma sponsoru olacağı barədə xəbərlər yayılmışdı. Ancaq SOCAR-ın nümayəndəsi bu iddiaları təkzib etmişdi.

Xəbər 1074 dəfə oxundu.