Almaniya superkubokunu "Borussiya" qazandı

Futbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib.

Həlledici görüşdə "Bavariya" və "Borussiya" (Dortmund) komandaları üz-üzə gəlib.

Ötən mövsüm Bundesliqanın qalibi və ölkə kubokunun sahibi olan "Bavariya" klubu bu oyunun əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə 2:0 hesabı ilə qalib gələn Dortmund təmsilçisi superkuboka yiyələnib.

Qeyd edək ki, bu, "Borussiya"nın tarixi ərzində qazandığı 5-ci superkuboku olub.

13 avqust

Almaniya superkuboku

"Borussiya" (Dortmund) - "Bavariya" - 2:0
Qollar: Mxitaryan, 23 (1:0), Abameyanq, 62 (2:0)

Xəbər 882 dəfə oxundu.