"Tvente" - "Qarabağ" matçının biletləri satışda
Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Tvente" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq biletlərin qiyməti də açıqlanıb.

Ən ucuz biletin qiyməti 7.5 (7.8 manat) avro, ən bahalı biletin qiyməti isə 17.5 (18.35 manat) avrodur. Lakin avqustun 20-dək bilet alan uşaq və gənc azarkeşlər 2,5 avro endirim əldə edəcəklər.

Qeyd edək ki, avqustun 28-də Hollandiyada keçiriləcək "Tvente" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Xəbər 852 dəfə oxundu.