"Atletiko"dan növbəti transfer
"Atletiko" yeni mövsüm üçün transferlər etməyə davam edir.

Madrid təmsilçisi heyətinə daha bir futbolçu cəlb edib. Bu, ötən mövsüm "Toluka"da oynayan 18 yaşlı hücumçu Dieqo Qamadı. Oyunçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Atletiko" bundan əvvəl iki hücumçu - Mario Mandzukiçi və Raul Ximenesi transfer edib.

Xəbər 873 dəfə oxundu.