Özbəkistan millisi Bakıya Bahadır Nəsimovsuz gəlir
Avqustun 20-də yoldaşlıq oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Özbəkistan yığmasının ilkin heyəti açıqlanıb.

Asiya təmsilçisinin baş məşqçisi Mircəlal Qasımov 23 futbolçuya dəvət göndərib.

Həmin oyunçular arasında "Neftçi"nin sabiq futbolçusu Bahadır Nəsimov yoxdur.

Qapıçılar: Eldorbek Suyunov ("Nasaf"), Nikita Rıbkin ("Paxtakor"), Abdumavlon Abducəlilov ("Neftçi")

Müdafiəçilər: Yeqor Krimets ("Paxtakor"), Bobur Yuldoşev ("Lokomotiv", Rusiya), Davron Xrşimov ("Paxtakor"), Səlim Mustafoyev ("Paxtakor"), İslom Tixtaxijayev ("Lokomotiv"), Şerzod Fayziyev ("Maşyal"), Azamat İsroylov ("Olmalik")

Yarımmüdafiəçilər: Diyor Turopov ("Olmalik"), Azim Əhmədov ("Novbahor"), Dilşod Jirayev ("Bunyodkor"), Fozil Musayev ("Lokomotiv"), Camşid İskəndərov ("Paxtakor"), Vladimir Kozak ("Paxtakor")

Hücumçular: Şahzod Nurmətov ("Metallurq"), İvan Naqayev ("Lokomotiv"), Navruz Olimov ("Kızılkum"), İvan Sergeyev ("Paxtakor")

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Özbəkistan matçı saat 21:00-da başlanacaq.

Xəbər 967 dəfə oxundu.