PSJ-də ciddi itki
PSJ klubunun müdafiəçisi Tiaqo Silvanın zədəsi ciddidir.

"Napoli" ilə görüşdə bud nahiyyəsindən zədələnən braziliyalı futbolçu tibbi müayinədən keçib.

29 yaşlı futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənar qalacağı bildirilir. Belədə Tiaqo Silva Fransa çempionatında "Bastiya", "Evian" və "Sent Etyen"lə oyunları buraxmalı olacaq.

Xəbər 1011 dəfə oxundu.