Ronaldodan yeni rekord
UEFA superkubokunda "Sevilya" ilə görüşdə dubl etməklə komandasının qələbə qazanmasında böyük pay sahibi olan "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo matçın oyunçusu seçilib.

Portuqaliyalı futbolçuya mükafatını sabiq baş məşqçisi Ser Aleks Fergüsson təqdim edib.

Ronaldo superkuboku qazanmaqla yeni bir rekorda imza atıb. Təcrübəli futbolçu qazandığı superkubokla klub səviyyəsində mümkün olan bütün titullara yiyələnib.

Qeyd edək ki, "Sevilya" ilə görüşdə iki dəfə fərqlənən Ronaldo avrokuboklarda vurduğu qolların sayını 70-ə yüksəltməklə Filippo İnzaqiyə çatıb. Hər iki futbolçu "Real"ın əfsanəvi futbolçusu Raul Qonzalesdən geri qalır. İspaniya millisinin sabiq üzvünün aktivində 77 qol var.

Xəbər 909 dəfə oxundu.