"Mançester Yunayted"in kapitanı bəlli oldu
"Mançester Yunayted"də yeni mövsümdə əsas kapitanın kimin olacağı müəyyənləşib.

Komandanın baş məşqçisi Lui van Qal deyib ki, 2014/2015 mövsümündə kapitanlıq sarğısını Ueyn Runi daşıyacaq:

"Mənim üçün kapitan seçimi hər zaman önəmlidir. Runinin çox yaxşı kapitan olacağına inanıram. Darren Fletçer isə ikinci kapitan seçilib. O da təcrübəli futbolçudur. Runi ve Fletçerin uyğun şəkildə çalışacağını düşünürəm".

Xəbər 765 dəfə oxundu.